Aysel Nəsirzadə - Hələ çox var gülməyə TDKŞB · 07.08.2026 Bütün şəkil çəkənlər “gül” deyir, gülümsəyirəm - dodağımdan kölgəli bir təbəssüm, gözlərimdən isə yorğun kədər boylanır. Səni görsəydilər… gözəlliyimin də, gülüşümün də itən izini tapardılar. Əksində dondu ömrümün ən dəlisov günləri. Ən gənc illərim qara saçlarımda solğun bir ay kimi iz buraxıb getdi. Sən bir zamanlar mənə bənzəyirdin, indi isə mən sənə bənzəməkdən əl çəkmirəm qovuşduğumuz gün məni tanıyasan deyə. Həyat məcburi keçid nöqtəsi, səbrin sənə qədərki sınaq xətti. Mübarizədədi ürəyim….. Hələ çox var gülməyə. Aysel Nəsirzadə — https://www.tdksb.org/works/aysel-nesirzade-hele-cox-var-gulmeye