Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Aysel Xanlarqızı - Tanrının gözündən düşüb
Şeirlər · Azərbaycan dili

Aysel Xanlarqızı - Tanrının gözündən düşüb

Tanrının gözündən düşübDuzu çox olub dənizin.Kirpiyim altda gözlərim,Göydə boğulub dan üzü...

Bihuşedici eşq qoxun,Boynumda ətir əvəzi.Qollarına sığınmışam,Yağışdan çətir əvəzi...

Göy üzü yanağın silir,Günəşə astar tikilib.Həsrətin gəzən şəhərdə,Payızın saçı tökülüb.

Təqvimdən qopub göz yaşım,Sərgərdan gəzir küçələr.Əllərim atasız uşaq,Qoynumda ölür gecələr...

Yollardan ayaq izini,Götürüb sıxdım bağrıma.Köksün səccadə əvəzi,Dua tək yağdım bağrına...

Aysel Xanlarqızı

— TDKŞB, 4 avqust 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax