Gülnar Samilqızı - Düz vaxtlarına TDKŞB · 09.08.2026 Qışdan yol tutasan, güllü bahara, Varasan nərgizin, qız vaxtlarına. Sonra yüyürəsən üzü dağlara, Çatasan lalənin "köz" vaxtlarına. Qatıb bir-birinə aranı, dağı, Təngiyə nəfəsin, şişə ayağın, Yetəsən, qaynayan "Nazlı bulağ"ın, Dişini göynədən, buz vaxtlarına. Bu necə azadlıq?! - cəza qədəri, Bir ümüd çıxmır ki, yaza qədəri... Söküb, vaxt-vədəsiz qəza-qədəri, Qurasan hər şeyi, öz vaxtlarına Gülnar, düz dünyada düzlər azalıb, Çoxları yükünü çiynindən salıb, Ayaq qablarını, əlinə alıb, Qaçasan dünyanın düz vaxtlarına Gülnar Samilqızı — https://www.tdksb.org/works/gulnar-samilqizi-duz-vaxtlarina