Leyla Mətin - Unutmaq... TDKŞB · 07.09.2026 Unutmaq... Kaş ki bacarsam. Silə bilsəm ürəyimə ilmə-ilmə toxunan adını, Gözümün önündən çəkə bilsəm Gecəyə kölgə salan xəyalını... ​Asandırmı? Hər gecə qoxunla nəfəs alıb, Soyuq bir fotoda istiliyini aramaq? Əzabdır! ​Səsini özlədim, nəfəsini özlədim... Sənin qəlbinə heç mi düşmədi bu həsrət? Bir addımla keçmək beləmi asandır keçmişdən? ​Anlamıram bu sevdanın qanununu, Anlamıram sənə olan bu kor vurğunluğumu... — https://www.tdksb.org/works/leyla-metin-unutmaq