Xuraman Muradova - Sənə məktub yazacam TDKŞB · 17.02.2025 Sənə məktub yazacam... Yazacam şirin dillə. Könlünü ovunduran Yazacam, üç-beş cümlə. Sənə məktub yazacam... Yağışın yağmasından. Küləyin əsməsindən, Günəşin doğmasından… Nəbilim daha nədən, Yazılası çox şey var…. Amma yazmayacam mən, Sənə olan sevgimdən... Sənə məktub yazacam, Ya bu gün, ya da sabah. Əsas odur yazacam, Amma oxu, sən Allah. Sənə məktub yazacam, Xatirəmdəki izdən. Sənə məktub yazacam, Yerdən, göydən, dənizdən. Sevdiyim nələr varsa Yazacağam ondan mən. Xəyallarda baş alıb Gedən ümidlərimdən. Sənə məktub yazacam, Səndən uzaq yerlərdən. Sənə məktub yazacam, Sənsiz keçən günlərdən. Amma yazmayacam mən Sənə olan sevgimdən. — https://www.tdksb.org/works/sene-mektub-yazacam