Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
Boş verdim, ürək məst eyləsin, yar havasında,Tonqal qalasın köksümə, Zumar havasında.Verdim əlinə badəni, meydana buraxdım,Mən yanmağa mail, ürəyim nar havasında.Canı nə edər sidqi könüldən sevən aşiq?!“Müşfiq” canını etdi fəda, tar havasında.Bilməm kimə nə? Mən içirəm, keflənirəm mən!Kimsə niyə yırtır yaxasın, ar havasında?Gəl, ruhumu azad elə, ey yerdəki Tanrım,Ruhum nəfəs almır, sinəmin dar havasında.Sən mərkəzi ömrümdə duran nöqtəsən, ay eşq!Qoy mən dolanım başına pərgar havasında.
— TDKŞB, 13 sentyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.