Şərifə Cəfəri - Damcı-damcı ürəyimə sızırsan TDKŞB · 04.08.2026 Damcı-damcı ürəyimə sızırsan, Bu şoranlıq çəmən olur, get-gedə, Kəpənəklər uçuşurlar içində, Dallarına bülbül qonur, get-gedə. Hey ağlıma şeir gəlir, söz gəlir, Gələn sözlə alov gəlir, köz gəlir, Hər baxışın, hər gülüşün öz gəlir, Hər tərəfim səninlə dolur, get-gedə. Əllərində bir duyğu var, nəfəs var, Yaşamaq var, həyəcan var, həvəs var, Necə deyim, inanılmaz bir hiss var, Həmin hissə ruh vurulur, get-gedə. Nə olacaq belə halım bilmirəm, Haray çəkim, sakit qalım bilmirəm, Qadasını necə alım bilmirəm, Dil susduqca can qovrulur, get-gedə. Şərifə Cəfəri — https://www.tdksb.org/works/serife-ceferi-damci-damci-ureyime-sizirsan