Şərifə Cəfəri -Gavazəng - zəncanın gözəl və uca dağı. TDKŞB · 03.08.2026 Adını qəlbimə elə yazmışam، Özüm istəsəm də poza bilmirəm O qədər əzizsən, o qədər əsil Səni başqa dildə yaza bilmirəm، Dilim tək şirinsən, əlim tək uca، Bir telin vermərəm min taxta taca، Səsinlə yüksəlir ürək meraca، Bu yol həqiqətdir, aza bilmirəm، Sən yanğın ruhuma savalan suyu، Təbrizin havası, Səhəndin xuyu, Urmiya dənizi, Qavazang boyu, Səni başqa elə yoza bilmirəm. Hər ruha bir ilham, bir iman gərək, Hər cana bir nəfəs, bir canan gərək, Hər dərdə bir çarə, bir dərman gərək, Mən ruhsuz bədəni sezə bilmirəm. Şərifə Cəfəri Gavazəng - zəncanın gözəl və uca dağı. — https://www.tdksb.org/works/serife-ceferi-gavazeng-zencanin-gozel-ve-uca-dagi