Şərifə Cəfəri - Mən eşqimin şeydasıyam TDKŞB · 05.08.2026 Sən yarınla gəz, dolan, mən eşqimin şeydasıyam, Sən də yox qəmdən əsər, mən dərd-qəm dəryasıyam. Gözlərin nəqşin çəkir səssiz, xəyalım göylərə, Eybi yox, yum gözlərini, öz tərhimin şeydasıyam. Yox dilim bülbül kimi, eşqinlə fəryad eyləyəm, Amma eşqin dağların bir-bir gəzən ənqasıyam. İstəyirdim dərdimi dost-aşnadan gizlədəm, Amma bilmirdim özüm dost-aşna rüsvasıyam. Çox məlamətlər ediblər aşnalar eşqimə, Nəqşəsin qəlbim çəkir, mən biçara bənnasıyam. Şərifə Cəfəri — https://www.tdksb.org/works/serife-ceferi-men-esqimin-seydasiyam