Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
· 29.10.2026

Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü

Orijinal dil: Azərbaycan dili

TDKŞB Azərbaycan
Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü

Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü – 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə qardaş Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Türkiyə Cümhuriyyəti ötən 103 il ərzində böyük inkişaf yolu keçərək güclü dövlətçilik ənənələri, milli iradəsi və beynəlxalq nüfuzu ilə Türk dünyasının qüdrətinin mühüm dayaqlarından birinə çevrilib.

“Bir millət, iki dövlət” fəlsəfəsi ilə bir-birinə bağlı olan Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığı xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərlərindən güc alır. Əminəm ki, bu qardaşlıq və strateji müttəfiqlik bundan sonra da daha da möhkəmlənəcək, Türk dünyasının birliyinə və ortaq gələcəyinə mühüm töhfələr verəcək.

Bu əlamətdar gün münasibətilə qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq, rifah və davamlı tərəqqi arzulayıram.

Cümhuriyyət Bayramınız qutlu olsun!

Xuraman Muradova

Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü
8 oxunma0 yüklənmə

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Oxşar əsərlər