Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xəbərlər

Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü

Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü

Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü – 29 Ekim Cumhuriyet Bayramı münasibətilə qardaş Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Türkiyə Cümhuriyyəti ötən 103 il ərzində böyük inkişaf yolu keçərək güclü dövlətçilik ənənələri, milli iradəsi və beynəlxalq nüfuzu ilə Türk dünyasının qüdrətinin mühüm dayaqlarından birinə çevrilib.

“Bir millət, iki dövlət” fəlsəfəsi ilə bir-birinə bağlı olan Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığı xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərlərindən güc alır. Əminəm ki, bu qardaşlıq və strateji müttəfiqlik bundan sonra da daha da möhkəmlənəcək, Türk dünyasının birliyinə və ortaq gələcəyinə mühüm töhfələr verəcək.

Bu əlamətdar gün münasibətilə qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq, rifah və davamlı tərəqqi arzulayıram.

Cumhuriyet Bayramınız kutlu olsun!

Xuraman Muradova

Əlavə edilib
13:48
Oxunma
21
Oxuma müddəti
1 dəq oxu
Orijinal dil
Azərbaycan dili
Paylaş:FacebookXTelegramWhatsApp

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.