Xuraman Muradova - Adına nə deyim, eşqmi, sevgi mi ?!
Adına nə deyim, eşqmi, sevgi mi?Qəlbimin gizlənən ən saf hissimi?Görmədən, duymadan, toxunmadan da,Ruhunda yaşayar bir nəfəs kimi.
İllər geri qalsın, zaman qovuşsun,İnsanın ruhunda sükut danışsın,Gizli duyğularla ürək barışsın,Onu düşünərsən, nədən, bilməzsən.
Uzaqdan bir nəfəs, xəyali səsdir,Bəlkə də ruhuna doğma nəfəsdir,Nə əl toxunubdur, nə eşq həvəsdir,Qəlbdə yer verərsən, nədən, bilməzsən.
Bir gizli sirr kimi axır damarda,Xəyalın dolaşır uzaq diyarda,Bir sonsuz ehtiram, dönməz qərarda,Onu gözləyərsən, nədən, bilməzsən.
— TDKŞB, 8 iyul 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.