Xuraman Muradova - Ana duası TDKŞB · 18.05.2026 Açan əlləri göyə, biçarə, nalan anadır, Hər duası bəladan, canı qoruyan anadır. Sözləri sanki şəfadır, qəmi qəlbindən silər, O fəğan etsə mələklər, göylərdə rəhm dilər. O pıçıldar gecələr, Rəbbinə yalvarmaq üçün, Nuru-parlaq yolundan zülmətləri qovmaq üçün. Ana qəlbindəki saf sevgi bəşərdən ucadır, O dua etməsə dünya, bizə zindan, gecədir. Bərəkətdir, hüzurdur, o müqəddəs nəfəsi, Cənnətin rəmzi imiş, sanki ananın o səsi. — https://www.tdksb.org/works/xuraman-muradova-ana-duasi