Xuraman Muradova - Azərbaycan-Türkiyə TDKŞB · 29.10.2026 Əzəldən bir doğulub Birgə boy atmısınız, Adı, ruhu, qanı, bir, Kökü, soyu, canı bir, Siz doğma qardaşsınız İşıqlı gələcəyə Azərbaycan-Türkiyə! Tarix boyu bir olub Yolunuz, məqsədiniz. Dünyaya car çəkibdi Türk adlı haqq səsiniz, Sizin bu varlığınız Bölünməzdir ikiyə Azərbaycan-Türkiyə! Baş əyməz türk övladı Düşməninə, yadına. Sadiq olub hər zaman Özünün türk adına. Layiqdir ərənliyə, Layiqdir hər sevgiyə, Azərbaycan-Türkiyə! Daşınızda doğmalıq, Sözünüzdə qürur var. Yenilməz vüqarınız Düşmənin bağrın yarar. Siz ey doğma şahinlər, Turana gedən yolun Göyərən ümidləri Sülhün göyərçinləri! Nə mutlu Türküm deyə Azərbaycan-Türkiyə! — https://www.tdksb.org/works/xuraman-muradova-azerbaycan-turkiye-secezeq