Xuraman Muradova - Bir kölgə var... TDKŞB · 18.06.2026 Bu dünyada bir kölgə var, Addım-addım məni izlər. Gözlərimdə donan yaşlar, Sanki tək onu əzizlər. Aramızda həmən duman, Həmən uzaq, həmən sükut. Unudulsa bütün zaman, Dəyişmədən Məni sarmış həmən ümid... Bir kölgə var... Nəfəsi var nəfəsimdə, Ürəyimin hər ritmində. Gizli qalmış bu səsimdə, Onun adı tək ruhumda. Əlçatmazdır qollarıma, Ulduz kimi göydə qalan. Nur səpmişdir yollarıma, Xəyalları haqqa yozan... Bir kölgə var... Gözlənilən bir sabahdır, Titrəyişli bir son andı. Ömrümün tək xatirəsi, Ruhumun sevgili andı. Varlığıma od qalamış, Məni məndən kənar salan. Məndən çox-çox uzaqlarda, Xəyallarımda tək qalan, Xəyallarımda tək qalan Bir kölgə var... — https://www.tdksb.org/works/xuraman-muradova-bir-kolge-var