Xuraman Muradova - Bir Ömür “Balam TDKŞB · 05.08.2026 Bir Ömür “Balam” Ana susdumu, - evdə Divarların rəngi, Könüllərin səsi dəyişər. Süfrədə boş bir yer qalar, Çörək belə soyuyar... Övlad getdimi, ana - Pəncərəni bağlamaz. Qapıya düşən hər kölgədə Onu axtarar, yorulmaz. Ana yaşlandımı Zaman saçlarına Qar yağdırar. Ürəyində isə hələ də Körpə bir ad yaşayar. Xuraman deyər: Zaman keçər, Övlad böyüyər... Ana gözləməkdən zövq alar, Övlad yaşa dolar… Ana isə ömrü boyu “Balam” deyə yaşayar. — https://www.tdksb.org/works/xuraman-muradova-bir-omur-balam