Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Bir xəyalmış, yar…
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Bir xəyalmış, yar…

Bir xəyalmış, yar…

Xuraman Muradova

İlləri ötəri aylara satdıq,Ümidi bir anlıq həvəsə bükdük.Aynada hər dərin cizgiylə, heyhat -Gözəl günlər üçün göz yaşı tökdük.

Gündüzü qaranlıq gecəyə verdikGəncliyi ötəri sevdaya verdik.Solan arzuların, puç xəyalların,Sakitcə boynunu bükdüyün gördük…

İndi əlimizdə tənha bir boşluq,Sona yetmiş ömrün soyuq külü var.O romantik anlar, şirin duyğular,Bir soyuq xatirə, bir xəyalmış, yar…

Xuraman, ömürdən nə qaldı bizə?Bir neçə solmuş gül, xəzanlı bahar.Dedik, eşq əbədi...inandıq sevdik,Demə ilk bahar da son baharmış, yar…

— TDKŞB, 5 avqust 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax