Xuraman Muradova - -BU DA KEÇƏR
Gecə nə qədər uzansa, sökülər dan, bu da keçər,
Sinənə dağ çəksə həsrət, bitər hicran, bu da keçər.
Kül altında közün qalsın, qoy sönməsin o son işıq,
Bir gün günəş boylananda, gedər duman, bu da keçər.
Dərd içində boğulanda, bir yol axtar nəfəsindən,
Ümid adlı bir səs gələr ürəyinin qəfəsindən.
Daşın belə sinəsində bir çiçək baş qaldırırsa,
Sənin də qəlbinə bir gün gələr dərman, bu da keçər.
İtən günə ömür vermə, axar zaman, bu da keçər,
Bir çiçəyin ölümüylə solmaz orman, bu da keçər.
Gedənlərin kölgəsində öz ömrünü qərib qoyma,
Qış budağı sındırsa da, bitər tufan, bu da keçər.
Dərd qarşında dağ olsa da, möhkəm deyil, bu da keçər,
Səbrin ilə daşı çatlat, sınar sitəm, bu da keçər.
Xuraman, Haqqa güvən sən, haqq yolundan dönmə bir an,
Sən əyilmə, qoy önündə diz çöksün qəm, bu da keçər.
— TDKŞB, 14 oktyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.