Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Dönməm imkansız...
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Dönməm imkansız...

Artıq geri dönməm imkansız oldu,

Zaman da hökmünü veribdir çoxdan.

Ümidlər yorulub, xəyala daldı

Mən dönə bilmirəm uzaq yollardan.

Nə o köhnə mənəm, nə o köhnə iz,

Xatirə dəftəri saralıb, solub.

Sahilə can atan tənha bir qayıq,

İndi öz içində boğulan olub.

Geri dönmək üçün gecikmişəm mən,

Yollar dumanlıdır, mənzil uzaqdır.

Ruhum qopub gedir bu can evindən,

Mənə elə gəlir, hər yer sazaqdır.

Ümidlər yorulub, yollarda qalıb,

Ayağım büdrəyir hər addımbaşı.

Ruhumu qəribə bir qorxu alıb,

Gözümdə donubdur hicranın yaşı.

Mən dönə bilmirəm daha geriyə,

Gecələr uzanır, dan yeri gəlmir.

Keçmişin səsidir gələn uzaqdan,

Bircə sevgimizin sədası gəlmir…

Bircə sevgimizin sədası gəlmir…

— TDKŞB, 26 mart 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax