Xuraman Muradova - Dünya bir kölgədir... TDKŞB · 28.12.2025 İnsan övladı, söylə nə gedəcək dünyadan? Nə çox yapışmısan sən, evdən, mülkdən, bu maldan. Unutma — bil ki, sənə verilən hər nə varsa, Bir-bir geri alacaq dövran, zaman, Yaradan. Qəlbini çox yorma gəl, ötəri arzularla, Düşmə ad-san dalınca, düşmə boş xəyallara. Qalsın gözəl xeyir iş, təmiz, saf niyyət səndən, Quran buyurur, budur, sorulur hər gedəndən. Aparılmaz var-dövlət, nə də ki, heç şan-şöhrət, Sənlə gedər əməlin, bir də olar saf niyyət, Bu dünya bir kölgədir, bir də bir anlıq sınaq, Uymayaq nəfsimizə — aldatmasın bu həyat. Ya Rəbbim tək buraxma bizi, Sənsiz, bircə an, Qoru bizi şübhədən, qoru nəfs, gümandan. Son nəfəsdə imanla çağıra bilək Səni, Ruhumuz da nur tapsın Sənin O dərgahından. — https://www.tdksb.org/works/xuraman-muradova-duenya-bir-koelgedir