Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Ən Xoşbəxt Günləri Adi Sandıq
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Ən Xoşbəxt Günləri Adi Sandıq

Gün gələr, hər şey keçər dedilər, inandıq,Sən demə, ən xoşbəxt günləri adi sandıq.

Gələcək xoş günlərin yolunu gözlədik durduq,Keçən hər bir xoş anı biz kölgələrdə qoyduq.

Zaman ötdü, gəlmədi gözlənən o sevda,Maziyə baxarkən əriyib getdi bu hülya.

Böyüdükcə yüngüllər dedilər qalan kədərlər,Lakin geridə qaldı o dərdsiz ötən dəmlər.

Keçmiş günümüz sanki birər kölgə olub getdi,Ömrün ən gözəl mövsümü səssizcə tükənib bitdi.

İllərlə ovunmaq bizə artıq qədər oldu,Xuraman, xatirələr həsrət dolu kədər oldu.

— TDKŞB, 29 iyul 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax