Xuraman Muradova - GEC QALDIQ TDKŞB · 20.07.2026 Sən gözlədin mən yazım, mən də səni gözlədim, Yazılmayan məktublara… heyif, gec qaldıq. Susmuş iki sevdalı, qürur çəkdi araya, Deyilməyən o sözlərə… heyif, gec qaldıq. Vaxt səssiz ötüb keçdi, soldu ömrün baharı, Qayıtmayan o illərə… heyif, gec qaldıq. Qismət deyilmiş, demək, o sevdanı yaşamaq, Qürur qalib, sevgi məğlub… heyif, gec qaldıq. Bu son ümid yerimiz, bu da son dayanacaq, Getdi ömrün qatarı… heyif, gec qaldıq. Xuraman, yazılmayan o məktub qaldı arada, Yaşanmamış sevgimizə… heyif, biz gec qaldıq. — https://www.tdksb.org/works/xuraman-muradova-gec-qaldiq