Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - GÖRMÜRSƏN MƏNİ
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - GÖRMÜRSƏN MƏNİ

Səmadan ulduztək axıb düşsəm də,Hər zülmət gecədə gəzərdin məni.Gündüztək saçılan nuram önündə,Gözlərin tutulub, görmürsən məni.

Dəniztək ləpələr vurdu sahilə,Dalğalar qoynunda dilərdin məni.İndi bir damlayam ovcunun üstə,Baxıb gözlərində boğdunmu məni?

Rüzgarla ötüşən xəzəllər kimi,Hər əsən küləkdə sezərdin məni.Qapının ağzında dayanmışam, bax,Sükutmu bağlayıb o lal sinəni?..

Harada qaldımsa gecə, ya gündüz,Soraqladın məni, izlədin məni.İndi qarşındayam, baxış-baxışa,Hardan səslənim, duyasan məni?..

Uzaqda olanda yollar boyunca,Adımla çağırdın, səslədin məni.İndi yanındayam, bircə addımlıq,Hansı yana keçim, görəsən məni?..

Kölgətək arxamca dolandın hər an,Könlün xəyallarda axtardı məni.İndi lap yaxında, önündə durdum,Daha hara gedim, tapasan məni?..

— TDKŞB, 24 sentyabr 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Səsli şeirlər

Hamısına bax
DinləXuraman Muradova Şəhidlər xiyabanıTDKŞB

Azərbaycan dili · Azərbaycan

Xuraman Muradova: "Şəhidlər xiyabanı..., BİR ANA LAYLA DEYİR..." Şəhidlər xiyabanı... Hər yer sükut içində... Sanki burda məzarlar hamısı bi...

Dinləİnci Okumuş - Adın Âişe’dir Tebessümün, HümaTDKŞB

Türkçe · Azərbaycan

I Adın Âişe’dir, Tebessümün Hüma. Yokluğunda ıslanmış çocuk gözlerinden Haşre dek sana yazılan bir zeyl düştü, anne. Öksüzlerin üşüyen gecelerinde...

DinləLeyla Şerif Emin -Balkanlar'dan Gelen SoğuklarTDKŞB

Türkçe · Azərbaycan

Duvarı döven gözler bembeyaz Çakıyor yıldırım gibi ağaçları Ne ayazlar gördü bu bakışlar Farklı iklimlerde gezer şimdi sözlerim Yağmurun kokusuna hasre...