Xuraman Muradova - İNSAN OLUN
Kimsənin ürəyinə dərd olub, qəm tək dolmayın,Gül açan bağçalara siz qara kölgə salmayın.
Kimsənin göz yaşına səbəb olan söz deməyin,Bir könül yıxmayın əsla, ahını istəməyin.
Kimsənin saçına ağ, ömrünə həsrət olmayın,Nur var ikən qəlblərə gecə zülmət tək dolmayın.
Kimsənin xatirində yara kimi iz qoymayın,Bir dua almaq var ikən, ah ilə yad olmayın.
Kimsənin baharına sərt əsən qış siz olmayın,Sevgi əkən qəlblərə nifrət ilə yol salmayın.
Kimsənin dilinə ah, ruhuna siz yük olmayın,İnsan olun, mərhəmətdən özgə bir yol salmayın.
— TDKŞB, 1 iyul 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.