Xuraman Muradova - İzin ver, nöqtən olum mən!.. TDKŞB · 15.10.2025 Nə cümləmə sığışdın sən Nə qələmim yazdı səndən Tükəndim bu olmazlardan İzin ver nöqtən olum mən… Sənki məndən uzaqlarda , Səmada, yerdə, göydəsən Ruhunu da al get məndən, İzin ver nöqtən olum mən… Ən gözəl şerim sən idin… Yanlış hecalarım da sən. Yarımçıq vergüllərim də, Bitən nidalarımda sən! Amma bu gün sondu artıq, Sonuncu misram da bitdi. Ürəyimin son nöqtəsi Səninlə bağlandı, bitdi… Küsdü ruhumdakı sevgi, Gözəl olan hər şey getdi. Qələm susdu, ürək dedi: “Nöqtə qoy – qurtardı, bitdi…” — https://www.tdksb.org/works/xuraman-muradova-izin-ver-noeqten-olum-men-2