Xuraman Muradova - KIBRIS ...YARALI ADA
Ah Kıbrıs, ah Kıbrıs! Yaralı Ada!Neçə Şəhid ruhu dolanır burda.Torpaq pıçıltılar - Şəhid duası.Könül duyğuların sızlar səhrada.
Sahilə çırpılan dalğaları da,Bölünmüş qəlblərin acı göz yaşı.Deyə bilmədiyin torpağın deyir,Hər ağac, sükutun acı yaddaşı.
Bu sükut içində qırılan səslər,Bir ana fəryadı, haraylı səsdir.Bəlkə bir körpənin son çığırtısı,Bəlkə də kim bilir, bir son nəfəsdir.
Ürəyi döyünür burda Türkümün,Ana vətənimin həsrət sevdası.Burda sızıldayan küləklərin dəSağala bilməyən Vətən yarası.
Bir gözü bayrağa baxıb gülümsər.Bur qəlbi ikiyə bölünmüş ada.Bir gözü boğular yaşın içində...Bu acı həsrətdir, bu sonsuz sevda.
Bu ada ağlayır içində, susmur,Yaşayır içində ağrılarıyla.Gecələr torpağa göz yaşı tökür,İkiyə bölünən dualarıyla…
Əlləri ayrılan qardaşlar kimi,Torpaq da birləşmək istəyir axı...Bizi unutmayın deyir hər zaman,Səssiz ağlamağı, səssiz susmağı.
Türkün ayaq səsi gəlir bu anda,Torpaq cana gəlir, torpaq dirçəlir.Kıbrısda dərd susur, sükut içində-Kıbrısın bayrağı göyə yüksəlir.
— TDKŞB, 20 iyul 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.