Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - MƏN SƏNİ BƏLKƏ DƏ SEVƏ BİLƏRDİM
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - MƏN SƏNİ BƏLKƏ DƏ SEVƏ BİLƏRDİM

Mən səni, bəlkə də, sevə bilərdim,Sükutun qoynunda açan gül kimi.Yolları qısaltdım addım-addım mən,Ömrümdə bitməyən uzun yol kimi.

Mən səni, bəlkə də, sevə bilərdim,Dönərdim qəlbində min-bir arzuya.Zirvəyə yetməyə zaman vermədin,Ümidlər çevrildi soyuq duyğuya.

Mən səni, bəlkə də, sevə bilərdim,Amma tələsməyin ayırdı bizi.İndi uzaqlarda yarımçıq bir eşq,Mənim baxışımda xatirə izi.

Bəlkə də, sevərdim, amanım olsa,Qismət boyun əysə öz həvəsinə.Tələsdin, ayrılıq hökmünü verdi,Gömüldü ruhumun xəyal səsinə.

Mən səni, bəlkə də, sevə bilərdim,Tələsmə, demişdim – dinləmədin heç.Mən səbirlə susdum ,sənsə tələsdinQismətimiz oldu yaşanmamış eşq.Qismətimiz oldu yaşanmamış eşq, yaşanmamış eşq...

— TDKŞB, 8 iyul 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax