Xuraman Muradova - Mənsiz…
Səssiz bir ayrılıq düşər ömrünə,Adım bir xatirə kimi qalacaq.Sözlərin yarımçıq, baxışlar susqun,Qəlbinin içində izim qalacaq.
Mənsiz bu dünyanın dadı qaçacaq,Bir sınıq ürəklə barışacaqsan.Hər gün eyni dərdi, eyni kədəri,Ruhunda daş kimi daşıyacaqsan.
Dönüb keçmişinə kölgə tək hər gün,Mənim gülüşümü axtaracaqsan.Xəyalında qalan xatirələrlə,Yenə dərdi-səri paylaşacaqsan.
Hər axşam pəncərə önündə durub,Səmaya baxacaq sönük gözlərin.Dilində donacaq ən şirin sözlər,Yaddaşda qalacaq acı izlərin.
Hər zəngin gələndə ruhundan keçər,“Bəlkə zəng edən o?..” — düşünəcəksən.Amma heç bir zəngdə məni tapmayıb,Səssizcə bir küncə çəkiləcəksən.
Yuxuna gələrəm bir duman kimi,Əlini uzadıb tuta bilməzsən.Mən artıq əlçatmaz bir xəyal oldum,Gedərəm, arxamca çata bilməzsən.
Mən elə gedərəm, olmaz dönüşüm,Həsrətim ruhunda bir dağ olacaq.Sənin mənsizliyə məhkum ömründə,Adım ən əlçatmaz soraq olacaq!
— TDKŞB, 11 sentyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.