Xuraman Muradova - O BAMBAŞQAYDI… TDKŞB · 10.07.2026 Min sınaqdan keçərsən, yollar səni yoracaq, Gəlib-gedən simalar iz qoymadan solacaq. Bir gün qəfil kövrəlib, gözün yaşla dolacaq, “O bambaşqaydı…” deyib, ruhun da sızlayacaq. Mən zamanın qoynunda həzin titrək xatirə, Düşəcəyəm yadına, dönəcəyəm o yerə. “Fərqliydi…” deyəcəksən, bənzəməzdi heç kimə, Bir sükutun içində görüşərik biz yenə. Ötüb keçdi o illər, geri dönməz o yollar, Mənli xatirələri pıçıldayar son bahar. Sənə yadigar etdim qəlbimdəki izləri, “Fərqliydi…” söyləyərsən, zamansa dönməz geri. — https://www.tdksb.org/works/xuraman-muradova-o-bambasqaydi