Xuraman Muradova - Özbəkistanım mənim TDKŞB · 02.09.2025 Özbəkistanım mənim, Sən də Ana vətənim! Hər daşında, divarında Qədimliyin nişanəsi. Bəzədilmiş sarayında Var Quranımın nəfəsi. Səməqəndim, Daşkəndim, Sən də mənim Vətənim! Əmir Teymurun hər izi, Tarixinə bir yaraşıq. Yanır ulduzların kimi Hər tərəfində gur işıq. Buxaram, Xarezmim mənim, Sən də mənim Vətənim! Türkümün ərən nişanı, Hər məbədin ocağıdır. İbadət, ibrət sarayın, Haqq ədalət bucağıdır, Andican, Kokandım mənim, Sən də mənim Vətənim! Qanla yuyan dərdimizi, Bir ağlayıb, bir bölmüşük. Bir ananın övladı tək, Bir qucaqda böyümüşük. Namangan, Ferganam mənim, Sən də mənim Vətənim! Azərbaycanım yazıbdı, Şanlı zəfər tarixini. Sənlə yayacaq dünyaya Turan adlı haqq səsini. Qaraqalpaq, Kaşka dəryam, Məni hər an duyan kəsim, Sən də mənim Vətənim! Yaransın Turan elləri, Səndə ey gözəl məkanım. Minarələrdən ucalsın Ərşə mübarək Azanın! Dualarla salamlayır Səni qızın Xuramanın Surxandəryam, Səmərqəndim, Sən də mənim Vətənim! Siz də mənim Vətənim! — https://www.tdksb.org/works/xuraman-muradova-oezbekistanim-menim