Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Özgəsi kimi
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Özgəsi kimi

Bir baxışla başladı hekayəmiz,

Biz heç danışmadıq — ürək anladı.

Ayrıldıq, yarım qaldı hekayəmiz,

Dillər susdu, yalnız sükut ağladı.

Gələ bilməməkdən söhbət aç indi,

Gedə bilməməkdən söz açım sənə.

Sözüm yox, səssizlik qaldı qəlbimdə,

Susmağı, həsrəti öyrətdin mənə.

Hanı deyərdilər — sevgi bir yoldur,

Gedən dönməz, qalan unuda bilməz.

Bir baxışda doğulan o sevdalar,

Bir ömür yaşayar, yox ola bilməz.

Hər bahar səssizcə səni xatırlar,

Ruhum — sevgimizin kölgəsi kimi.

Bəlkə bir gün yollar yenə kəsişər,

Keçərəm yanından özgəsi kimi…

Keçərəm yanından özgəsi kimi…

— TDKŞB, 14 oktyabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax