Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Ömrümün möhürü-həqiqət imzam
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Ömrümün möhürü-həqiqət imzam

Yollarım dualı, niyyətimsə saf.Vicdan hər addımda mənə yoldaşdır.Saxta baxışlardan uzağam, qardaş.Doğru olanlara ruhum yoldaşdır.

Kimlərsə maskayla yaşar həyatı.Dürüstlər yaşasın, saxta silinsin.Mən ömrümü xərcləmərəm yalana.Həqiqət seçilsin, dürüst bilinsin.

Ayıracaq zaman özü gerçəyi,Gec də olsa, açılar sirrin səsi.Mən yolumdan dönmərəm, hər nə olsa,Vicdanla ölçülər haqqın nəfəsi.

Az olub, düz olanları sevərəm.Yalan qurulan bağ qurudar kökü.Ömrümün möhürü — həqiqət imzam,Gerçəyə bağlanıb sevgimin kökü…

— TDKŞB, 15 iyul 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax