Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Özbəkistanım mənim, Sən də Ana vətənim!
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Özbəkistanım mənim, Sən də Ana vətənim!

Hər daşında, divarındaQədimliyin nişanəsi.Bəzədilmiş sarayındaVar Quranımın nəfəsi.Səməqəndim, Daşkəndim,Sən də mənim Vətənim!

Əmir Teymurun hər izi,Tarixinə bir yaraşıq.Yanır ulduzların kimiHər tərəfində gur işıq.Buxaram, Xarezmim mənim,Sən də mənim Vətənim!

Türkümün ərən nişanı,Hər məbədin ocağıdır.İbadət, ibrət sarayın,Haqq ədalət bucağıdır,Andican, Kokandım mənim,Sən də mənim Vətənim!

Qanla yuyan dərdimizi,Bir ağlayıb, bir bölmüşük.Bir ananın övladı tək,Bir qucaqda böyümüşük.Namangan, Ferganam mənim,Sən də mənim Vətənim!

Azərbaycanım yazıbdı,Şanlı zəfər tarixini.Sənlə yayacaq dünyayaTuran adlı haqq səsini.Qaraqalpaq, Kaşka dəryam,Məni hər an duyan kəsim,Sən də mənim Vətənim!

Yaransın Turan elləri,Səndə ey gözəl məkanım.Minarələrdən ucalsınƏrşə mübarək Azanın!Dualarla salamlayırSəni qızın XuramanınSurxandəryam, Səmərqəndim,Sən də mənim Vətənim!Siz də mənim Vətənim!

— TDKŞB, 8 sentyabr 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax