Xuraman Muradova - QARTAL YARALANARSA TDKŞB · 18.08.2026 QARTAL YARALANARSA Xuraman Muradova Sərçə göydə olar sərdar, Qarğa mülkə olar muxtar — qartal yaralanarsa. Qorxanlar olar aşkar, Onu sərçə sanar şikar — qartal yaralanarsa. Çaqqal düzdə qurar bazar, Tülkü meşədə hökmdar — qartal yaralanarsa. Göy üzünə çökər qubar, Çəmənlərdə solar bahar — qartal yaralanarsa. Uca zirvələr qan ağlar, Dağlar edər min ahü-zar — qartal yaralanarsa. Xuraman, ruhunda od var, Ürək də, qəlb də sızıldar — qartal yaralanarsa. Qartal yaralanarsa — https://www.tdksb.org/works/xuraman-muradova-qartal-yaralanarsa