Xuraman Muradova - Salam, 60 yaşım TDKŞB · 11.08.2026 Salam, 60 yaşım Salam, 60 yaşım! – Xoş gördük səni, Nə yaxşı gəlmisən bu ömrümə sən. Şükür ki, yaşatdı Yaradan məni, Şükür bu günə ki, gördüm səni mən . Hər çətin yolları birgə gəlmişik. Sən özün şahidsən keçdim nələrdən. Gəl dinlə, danışım uşaqlığımdan, Acılı-şirinli xatirələrdən. Uşaqlıq illərim – xoşbəxt bir əsər, Gəncliyim həm sevgi, həm də ki, kədər. Kimə can dedimsə, kürəkdən vurdu, Xəncəri sapladı qəlbimə qədər. Yaxşılıq eylədim, xəyanət gördüm, Bəzən düşündüm ki, yaxşılıq hədər. Amma ruhumdakı o Allah sevgim, Qoymadı qəlbimə toxunsun kədər. Eyy mənim ömrümün şanı zirvəsi Altmışım! – Xoş gəldin, səfa gətirdin. Allahın ən gözəl xoş hədiyyəsi, Ömrümə bir ömür vəfa gətirdin. Gəl tutum əlindən çıxaq bu yola Ömrümün ikinci baharı kimi. Şükürlər olsun ki, yetişdin mənə Ruhumun düz əhdi, ilqarı kimi. Xoş gəldin ay ömrüm, ay altmış yaşım! Xoş gəldin ay könül, ürək sirdaşım! — https://www.tdksb.org/works/xuraman-muradova-salam-60-yasim