Xuraman Muradova - Səmərqəndin ulduzları TDKŞB · 02.09.2025 Səmərqəndin ulduzları Keçmişindən bu gününə Dağlar qurub dağ vüqarın. Əmir Teymur hikmətindən Tarix yazıb hər diyarın. Böyük ipək yollarına Qol açıb Sır-Dərya vadin. Muqocari dağlarından Avropaya keçib adın. Bu möhtəşəm duruşunu Nəhəng ulduzlar bəzəyir. Tarixinə adın yazan Hər igidin varam, deyir. Hər daşında tarix izin, Boylanıb göylərə sarı. Turana bir yol salıbdı Səmərqəndin ulduzları. Sanki göylərdən ələnib, Sinəsində işıqları. Gözlərindən rəng alıbdı, Bəzənibdi ulduzları. Hər daşında, divarında Gözəlliyi gözlər çəkir. Bir rəssamın fırçasında, İlahi, gör nələr çəkir... Gecəsinə yaraşıqdı, Mavi gözlü minarələr. Sübh şəfəqin gözəlliyi Gündüzünə nur dənələr. Ayın hilal baxışında, Nazlanır hey küçələrin. Sözün sehrinə dalıbdı, Səni sevən şairlərin. Turan adlı sevdanız var, Qəlbə fərəh, könül varı. Xuramana bir dünyasız Səmərqəndin ulduzları. — https://www.tdksb.org/works/xuraman-muradova-semerqendin-ulduzlari