Xuraman Muradova - Sən ağlıma gələndə şeir yazmaq istərəm
Sən ağlıma gələndə şeir yazmaq istərəmXuraman Muradova
Sükut çökər qəlbimə, dinər həzin bir kaman,Süzər kipriklərdən yaş illərə dönən zaman.Gözlərimdə canlanar o ötüb keçən dövran,Sən ağlıma gələndə şeir yazmaq istərəm.Xəyalın addım-addım ruhuma pənah olar,Könlümün sarayında sönməyən sabah olar.Hər misram bir duatək göylərə agah olar,Sən ağlıma gələndə şeir yazmaq istərəm.Sevgimi bələyərəm gecənin qucağına,Ürəyimi qoyaram eşqimin ocağına.Üz tutub xatirənin o doğma sorağına,Sən ağlıma gələndə şeir yazmaq istərəm.Sanki kövrək bir külək pıçıldayar adını,Duyaram duyğuların ən lətif qanadını.Yenə şeirə bükərəm həsrətin fəryadını,Sən ağlıma gələndə şeir yazmaq istərəm.Şeir yazmaq istərəm
— TDKŞB, 2 sentyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.