Xuraman Muradova - Sən xatirə ol TDKŞB · 04.07.2026 Bir axşam dünya ruhuna dar gələr, Qəlbinə bir nisgil, bir kədər çökər. Başını qaldırıb göylərə bir bax, O geniş səmalar gör nə söyləyər. Xatırla, xatırla o anı, yeri, Tərk edib gedənlər dönməyir geri. Lakin o göylərdə bir nişanə var, Mənəm o səssizlik, mənəm o vüqar. Sığmaz bu genişlik heç bir məkana, Sanki bir əmanət qalar dünyana. Sənin gözlərində sönən o məşəl, Qürurlu eşqimdir, çatmaz ona əl. Amma heyhat, artıq keçibdir zaman, Peşmanlıq qəlbinə verməz heç aman. Gecikmiş etiraf – küləkli bir yol, Mən uzaq ulduzam, sən xatirə ol. — https://www.tdksb.org/works/xuraman-muradova-sen-xatire-ol