Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - SƏNİ UNUTMADIM Kİ
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - SƏNİ UNUTMADIM Kİ

SƏNİ UNUTMADIM KİXuraman Muradova

Adını xəlvəti hər gecə dualarda andım,Eşqimin tək ünvanı sən oldun, sənə bağlandım —Səni unutmadım ki…

Ömrü ayrı yaşasaq da, qəlbimə yenə yol saldın,Ruhumun aynasında hər an yenidən canlandın —Səni unutmadım ki…

Bağışla, telefonumdan adını da silmişəm,Adsız bir zəng gələndə bəlkə sənsən bilmişəm —Səni unutmadım ki…

Məsafələr uzaqlaşdı, sən ruhuma yaxın qaldın,Xəyalımdan heç getmədin, ürəyimdə məskən saldınSəni unutmadım ki…Sənsiz qalan bu ömrümdə çox gecələr oyandım,Pəncərəmdə külək əsdi, səndən xəbərdir sandım —Səni unutmadım ki…Sevgimi qürurla andım, vəfamla varlandım,Yaşanmayan sevgimizlə,xəyalınla yaşlandım —Səni unutmadım ki…Səni unutmadım ki

— TDKŞB, 2 sentyabr 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax