Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - SƏSSİZ VİDA
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - SƏSSİZ VİDA

Nə sən əlvida söylədin, nə mən sənə “qal” dedim,

Sən gedəndən bu könüldə min bir xəyal eylədim.

Sənsiz keçən hər gecəmə, sübhümə həsrət doldu,

Bir zaman gülən ürəyim yoxluğunla dərd oldu.

Bəzi vidalar səssizdir, nə bir söz, nə səs qalar,

Gedən ömründən çıxsa da, ürəyində iz qalar.

Gözlərində donub qalan son baxışın dərdi var,

Dilə gəlməz bu sükutun ömürlük kədəri var.

Qapı örtüldü astaca, zaman sanki dayandı,

Ruhumdakı ümidlərim dumanlara boyandı.

İndi o həsrət sevgilər soyuq divara dəyər,

Səssiz-səmirsiz ayrılan taleyə boyun əyər.

Rəsmin qaldı gözlərimdə, bitməyən bir intizar,

Sən yoxsan, o küsgün könlüm indi tək səni arar.

Bəzi vidalar səssizdir, qoparar can parçası,

Bir ömürlük xatirədir sükutların yarası…

— TDKŞB, 5 oktyabr 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax