Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Sevmişdim Səni...
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Sevmişdim Səni...

Daha səndən bir də bəhs etməyəcəm, Köhnə rəsmlərdə, səhifələrdə qal.Mən hüzur haqq etdim, sən hüzün verdin,Gecikmiş sevgini indi geri al. Dünyanın nur saçan şəfəqi kimi,Mən haqqın özü tək görmüşdüm səni.Haqqın-ədalətin aşiqi bilib,Gerçəyin özü tək sevmişdim səni! Sənə gözlərimdə bir bağ salmışdım,O bağın gülləri quruyub açmaz.Sevgimiz bənzərdi çoşan çaylara,Daha o çaylar da quruyub, axmaz. Hər açan çiçək də, hər açan güldə, Son baharda xəzan olub solarmış.Bəzən coşğu ilə gələn sevginin, Sakit pıçıltılı sonu olarmış...

— TDKŞB, 30 dekabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax