Xuraman Muradova - SOLĞUN XATİRƏLƏR TDKŞB · 10.07.2026 Saralmış yarpaqlar ayaq altında, Payızın nəfəsi küçəni bükür. Gün batır, kölgələr uzanır yolda, Zamanın əlindən sükutlar çökür. Dəniz sahili tək qalıb bu axşam, Yağış yuyur indi o köhnə izi. Ömürdən köçənlər qayıtmaz bir an Yadıma salır o solğun dənizi. Səssizcə xəyala daldı bu qəlbim, Külək pıçıldayır uzaq bir adı. Qaldı xatirimdə solğun bir şəklin, Bir ömür dediyin – xatirə dadı. Qayıtmaz o günlər, bilirəm artıq, Xəyallar qalıbdır yaddaşımda tək. Nə qədər uzaqda qalsa da illər, Adını pıçıldar bir kövrək ürək. Saralmış yarpaqlar yenə yol salır, Payız hər il eyni nağılı deyir. Gedən geri dönməz, bilirik bunu, Amma xatirələr heç vaxt ölməyir. — https://www.tdksb.org/works/xuraman-muradova-solgun-xatireler