Xuraman Muradova - Tale təzadları TDKŞB · 09.09.2026 Kimi zindanlarda diləyi məhbus, Kimi ac-yalavac, tikəyə möhtac. Kimsə azadlıqda, ürəyi məhbus. Kimsə var-dövlətdə, ruhu isə ac. Kimi zirvələrdə, təkliyi dadar, Kimi dar daxmada, dünyanı qucar. Bəzən bir gülüşün içində kədər, Bəzən göz yaşından səadət doğar. Dünya bir güzgüdür, hər kəs bir rəngdə, Məna nə tacdadır, nə qızıl camda. Bəxtimiz döyüşür neçə ahəngdə Əsl azadlıqdır saflıq insanda. — https://www.tdksb.org/works/xuraman-muradova-tale-tezadlari