Xuraman Muradova - Təvəkkül eylə TDKŞB · 09.06.2026 Sınarmış yarpağı rüzgâr, edərmiş insanı səbr imtahan, Bu fani daxilin hər bir anında gizlidir sirri-bəyan. Açarsan ən gözəl gültək, nə bilsin qədrini nadan, Səni bəzən ucuz eylər qəlbi sevməkdən uzaq insan. Haman Qüdrətdir, ey can, həm səni var eyləyən, sınayan, O Xaliqdir qəmi dildən silib, hikmətlə ovudan. Biləsən, hər nə gəlsə başa, Allahdır o tək Sultan, Üzülmə, dəyməz heç bir şeyə bu cahanda ah-fəğan. Yazılmış qismətin zərrəcə zərrə, eyləmə şübhə, Təvəkkül eylə sən Haqqa, sığın bircə o uca Rəbbə. — https://www.tdksb.org/works/xuraman-muradova-tevekkul-eyle