Xuraman Muradova - Ürək Ağrımasın, Necə yaşasın? TDKŞB · 11.09.2026 Dünya bir dəryadır, ürək bir sahil, Hər gələn dalğası köksümü döyər. Dərdlərin hamısı ruha müsafir, Hər acı xəbərlə qəddini əyər. Saxta gülüşlərdən, yalan sözlərdən, Xəyanət oxundan yaralı qaldı. Nəmli baxışlardan, yaşlı gözlərdən, Ürək öz payını hər zaman aldı. Müharibə odu, ölümün səsi, Dünyanın kədəri qəlbə yığılır. Kəsilir insanın hər dəm nəfəsi, Yükün ağırlığı altda boğulur. Bəxtsiz sevgilərin soyuq küləyi, Ayrılıq həsrəti qaldı qəlbimdə. Yordu bu amansız həyat ürəyi, Ağrıya çevrildi hər bir dərdim də. Duyğusuz qəlblərin buzu əriməz, İtgilər içində sızlar hər tərəf. Bu qədər yük ilə ömür sürülməz, Ürəkdir – dözməyə eyləyib şərəf. Ürək ağrımasın, necə yaşasın? Dünyanın hər yükü keçir ürəkdən… Sükutla Tanrıya dua eyləyək, Qırıb zəncirləri söksün ürəkdən... Qırıb zəncirləri söksün ürəkdən... — https://www.tdksb.org/works/xuraman-muradova-urek-agrimasin-nece-yasasin