Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Xainlər dəyişməz, xəyanət dönməz...
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Xainlər dəyişməz, xəyanət dönməz...

Hər kəs söyləyər ki, xoş niyyətliyəm.

Bu pis niyyətlilər bəs hardan gəldi?

Hər kəs söyləyir ki, gül, çiçək əkdim.

Bəs qara tikanlar hardan dirçəldi?

Yaxşılıqda yanlış olarmış bəzən,

Saflıq yara oldu hər addımımda.

Mən heç dəyişmədim — dünya dəyişdi,

Mənə bir dərs oldu hər addımımda.

Əlim açıq oldu, niyyətim təmiz,

Əvəzində nələr gəldi başıma.

Yaxşılığı daha çox etdiklərim

Nankör kimi gəlib çıxdı qarşıma.

Qılıncdan qorxmayın, düşmən bəllidir,

Arxadan vuranlar gizli yaradır.

Çörək bölüb üzə gülən kimsələr

İlk fürsətdə xəyanəti yaradır.

Xainlər dəyişməz, xəyanət dönməz,

Mərdlik bölgüsünü itirər namərd.

Min ad versən ömür yolu dəyişməz,

Xəyanət adını götürər namərd...

28.12.2025

— TDKŞB, 29 dekabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax