Xuraman Muradova - Yaşamaq bir nəfəsdir TDKŞB · 13.10.2025 “Həyat — Allah ilə insan arasında uzanan görünməz bir nəfəsdir. Kim bu nəfəsi dua ilə qoruyarsa, əbədi yaşayacaq.” Yaşamaq bir nəfəsdir, Tanrı ilə aranda. Həyatsa bir işıqdır, Zülmət qaranlığında. Yaşamaq bir imtahan, Gizli ümid içində. Həyatsa dolu inam Xəyalların köçündə... Həyat yeni bir nəfəs, Sönməz qaranlıqlarda. Yaşamaq bir səfərdir, Ümid adlı yollarda. Ömrümüz bir nəfəsdi, Sükut dolu gecələr. Qəlbimizdə inam var, Dualar bizi səslər. Tanrım, hər nəfəsimdə, Bir işıq var içimdə. Qorxuyla dolu anda, Tək Sən varsan, içimdə, Yaşamaq — Sənin adın, Hər səhərin nurudur. Səssiz dualar kimi, Ruhun Sənlə doludur. Yaşamaq Allahıma Uzanan əllərimdi… Bu fani dünyadakı Xeyir əməllərimdi, Xeyir əməllərimdi. — https://www.tdksb.org/works/xuraman-muradova-yasamaq-bir-nefesdir