Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - YOXLUĞUN SƏHƏRİ
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - YOXLUĞUN SƏHƏRİ

Bir gün gələr, günəş doğar, gözlərin bağlı,Dəyərini bilmədiyin ən qiymətli var gedər.Sanki heç olmamış tək silinər bütün izlər,Yoxluğuna oyanarsan, bitər bütün ümidlər...

Bir ürək susub gedər, dünya sənə dar gələr.İllərlə duymadığın o isti nəfəs gedər.Qiymətin bilmədiyin o kiçik xoşbəxt anlar,İndi bir ömür boyu ürəyini göynədər.

O üzdən gec olmadan sevginin qədrini bil,Dünya apardığını daha qaytarmaz geri.Yoxluğunda ağlamaq çarə olmaz heç kəsə,Varlığında yaşat sən o ən gözəl günləri...

— TDKŞB, 7 iyul 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax