Xuraman Muradova - Yoxluqda Səbir — Varlıqda Əxlaq TDKŞB · 15.10.2025 Heç nəyin də yox ikən — səbrindən uzaq olma sən, Hər şeyin də var ikən — gəl, qoru əxlaqını sən. Yoxluq sınağa çəkər, varlıq təkəbbür gətirər, Hər ikisi imtahan,sonunda Haqqa götürər. Səbir — susaraq deyil, inanıb gözləməkdir, Tikanların içində gülü görmək deməkdir. Səbir — iman işıqlı çətinlikdən keçməkdir, Pıçıltıyla dərdini Allaha söyləməkdir. Əxlaq — heç görünməyən, abrın ziynət libası, Gözəllik üzlə deyil, həyanın nur mirası. Əxlaq — hər bir halıyla doğru yolu getməkdir, Ruhun səsini duyub Yaradana yetməkdir… — https://www.tdksb.org/works/xuraman-muradova-yoxluqda-sebir-varliqda-exlaq