Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Aysel Nəsirzadə - Hələ çox var gülməyə
Şeirlər · Azərbaycan dili

Aysel Nəsirzadə - Hələ çox var gülməyə

Bütün şəkil çəkənlər “gül” deyir,gülümsəyirəm -dodağımdan kölgəli bir təbəssüm,gözlərimdən isə yorğun kədər boylanır.

Səni görsəydilər…gözəlliyimin də, gülüşümün də itən izinitapardılar.

Əksində donduömrümün ən dəlisov günləri.Ən gənc illərimqara saçlarımda solğun bir ay kimi iz buraxıb getdi.

Sən bir zamanlar mənə bənzəyirdin,indi isə mən sənə bənzəməkdən əl çəkmirəmqovuşduğumuz gün məni tanıyasan deyə.

Həyat məcburi keçid nöqtəsi,səbrin sənə qədərki sınaq xətti.Mübarizədədi ürəyim…..Hələ çox var gülməyə.

Aysel Nəsirzadə

— TDKŞB, 7 avqust 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax